FHN Şəkidə baş verən yanğınla əlaqədar məlumat yaydı

FHN Şəkidə baş verən yanğınla əlaqədar məlumat yaydı

Şəki şəhərinin Mərkəzi bazarının yanması barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ötən gecə saat 02:51 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telifon xəttinə Şəki şəhərinin Mərkəzi bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi üçün hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində müvafiq işlər davam etdrilir. Hələlik yanğının qrşısının alınmadığı bildirilir.

Qeyd edək ki, ümumi sahəsi 2125 kv.m olan geyim yarmarkasının yanar konstruksiyaları və içərisində olan mallar 1200 kv.m sahədə yanıb. Yarmarkanın qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə