7 fələstinli həyatını itirdi

İsrail əsgərlərinin atəş etməsi nəticəsində 7 fələstinli yaralanıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə fələstinli aktivistlərin, İsrail ordusu tərəfindən "qorunan bölgə" olaraq qəbul edilən sahəyə daxil olması nəticəsində baş verib. Eyni bölgədə keçən həftə yaranan hasidələrdə bir fələstinli həyatını itirmiş, 5 nəfər isə yaralanmışdı.

Qəzzanın şimalında sərhəd məntəqəsinə 300 metr məsafədə yerləşən ərazini "qorunan bölgə" olaraq qəbul edən İsrail, fələstinlilərin bu bölgədə əkinçilik fəaliyyətlərinə mane olur.

Qeyd edək ki, İsrail və Fələstin arasında 8 gün davam edən və 160 fələstinlinin həyatını itirdiyi hərbdən sonra 2012-ci ildə imzalanan atəşkəs anlaşmasında, bəhs edilən bölgənin fələstinli kəndlilərin istifadəsinə verilməsi qərara alınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə