FHN əməkdaşları hava şəraiti ilə əlaqədar avtomobildə köməksiz qalan 3 nəfəri xilas edib

FHN əməkdaşları hava şəraiti ilə əlaqədar avtomobildə köməksiz qalan 3 nəfəri xilas edib

Sumqayıt-Novxanı yolunda hava şəraiti ilə əlaqədar minik avtomobilində 3 nəfər köməksiz vəziyyətdə qalıb. Bu barədə SİA- Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə avtomobilin qapılarını açaraq zərərçəkmişlərin xilas olunmasını təmin edərək, aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə