Bərdənin Lək kəndində yanğın hadisəsi baş verib. SİA-nın Qarabağ bürosu xəbər verir ki, kəndə elektrik transformatorunda gərginlik artığından yanğınla müşahidə edilən güclü partlayış olub. Partlayış zamanı yüksək gərginlikli elektrik xətlərindən bir neçəsi qırılaraq kənd sakinlərindən birinin çəpərinə düşərək yanğına səbəb olub. Havanın küləkli olması isə alovun qısa zamanda genişlənməsinə səbəb olub.
Kənd sakinləri alovu söndürməyə çalışsalar da, buna nail ola bilməyiblər. Əraziyə FHN-nin Yanğından Mühafizə Xidmətinin bir neçə avtomobili və canlı qüvvəsi cəlb edilib. Alov çətinliklə də olsa, söndürülüb və başqa tikililərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, transformatorun partlaması zamanı bir neçə ailənin elektriklə işləyən məişət avadanlıqları sıradan çıxıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB