Bakıda narkotik vasitə ilə yaxalanan şəxsin evindən nömrəsi silinmiş tapança və 1 patron darağı aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat nəticəsində Kamal Məmmədov narkotik vasitə ilə tutulub. K.Məmmədovun Yeni Suraxanı qəsəbəsindəki evinə baxış zamanı isə nömrəsi silinmiş "PSM" markalı tapança və 1 patron darağı aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB