Zarafat bıçaqlanma ilə nəticələnib KRİMİNAL

Zarafat bıçaqlanma ilə nəticələnib KRİMİNAL

Şəmkir rayon Yeniabad kəndində toy mərasimində iki həmkəndli arasında düşən dava bıçaqlanma ilə nəticələnib. Bölgə müxbirinin verdiyi xəbərə görə, toy mərasimində iştirak edən Yeniabad sakini 1984-cü il təvəllüdlü Mehman Fətəliyev bıçaqlanaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə, Mehman Fətəliyevi bıçaqlayan onun həmkəndlisi və həmyaşıdı olan Xəyal Həsənovdur. Hər iki şəxs toyda spirtli içki qəbul edərək sərxoş olublar. Onların zarafatlaşması əlbəyaxa davaya çevrilib və bıçaqlanma ilə nəticələnib.

Qeyd edək ki, faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Kamran Əskiparalı, Şəmkir

Bütün xəbərlər Facebook səhifəmizdə