Bakıda orta məktəb yanıb

Bakıda orta məktəbdə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda ikimərtəbəli orta məktəbin 1-ci mərtəbəsində yerləşən akt zalında kitab rəfi 2 kv.m sahədə yanıb. Məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə