"Bərdə Yağ Pendir Az Qida" MMC-nin əməkdaşlarının qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olan məlumat araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, araşdırma zamanı cəmiyyətin satış təmsilçisi Könül Nəbiyeva və qeyriləri qulluq mövqeylərindən istifadə etməklə ticarət obyektlərindən qəbul etdikləri onlara etibar edilən pul vəsaitlərini mənimsəməklə cəmiyyətə külli miqdarda 32.115 manat ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB