Bərdədə bədbəxt hadisə baş verib. Silahla ehtiyatsızlıq bir gəncin həyatına son qoyub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bərdədə baş verib. Rayonunun Xanərəb kənd sakini, 31 yaşlı Elnur Xəlilov bədbəxt hadisə nəticəsində həyatını itirib. Tüfəngdən açılan güllə yarası ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Elnur Xəlilov həkimlərin səyinə baxmayaraq, bir neçə saatdan sonra həyatını itirib .
Qeyd edək ki, hadisənin dəqiq səbəbi məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Şamxal Cəliloğlu, Qarabağ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB