Tovuz rayonun DondarQuşçu kəndi ərazisində yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, valideynlərdən xəbərsiz "Qazel" markalı avtomobili qaçıran iki gənc dəhşətli qəza törədib. Qəza o qədər şiddətli olub ki, avtomobilin mühərriki bir neçə metr kənara düşüb. Nəticədə Dondar Quşçu kənd sakini, avtomobilin sürücüsü 19 yaşlı Qılınc Qasımov hadisə yerində dünyasını dəyişib. Onun həmyaşıdı Elşən Nəzərov isə ağır yaralanaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
Qeyd edək ki, faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Kamran Əskiparalı, Tovuz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB