Tovuz şəhər aşıq Əkbər Cəfərov küçəsi 7 nömrəli evdə yaşayan İsaxan Ələkbərovun evində oğurluq hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, oğurluq zamanı İsaxan Ələsgərova məxsus evdən xeyli miqdara pul və qızıl-zinət əşyaları götürülüb. Oğrular hasardan aşaraq evə daxil olub, sonra isə qarajın qapısını daxildən açaraq qaçıblar. Pul və qızıl axtarışında olan oğrular həmçinin evin bütün əşyalarını altını-üstünə çeviriblər.
Qeyd edək ki, faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Kamran Əskiparalı, Tovuz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB