Şirvanda narkotik istifadə edən dəstə tutulub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan şəhər polis şöbəsinin əməliyyatçılarının keçirdiyi tədbirlər nəticəsində bir qurup narkotik istifadəçisi iş başında yaxalanıblar. Sirvan şəhər sakini 1971-ci il təvəllüdlü Zeynalov Rövşən Habil oğlu narkotik vasitə olan tiryək əldə edərək 23 yanvar 2014-cü il tarixdə tanışları 1986-cı il təvəllüdlü Həşimov Seyran İbrahim oğlu, və Nəcəfov Əkbər Səmədağa oğlu ilə birgə istifadə etmək üçün Seyran İbrahimova məxsus olan VAZ 2107 markalı 90 XL 054 dövlət qeydiyyat nişanlı avtomabillə şəhərin kənarına çıxaraq çöllüy ərazidə dərədə tonqal qalayaraq qabda bişirib hazırlamaq istəyərkən əməliyyatçılar tərəfindən yaxalanıblar. Tutulan şəxslər barəsində məhkəmə qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Faktla bağlı Şirvan polis şöbəsində AZ.RE.C. məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açlıb istintaq aparılır narkotikin haradan əldə olunması istiqamətində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB