Romada fransız kilsəsi qarşısında partlayış baş verib

Romada fransız kilsəsi qarşısında partlayış baş verib

Yanvarın 24-də Romadakı fransız kilsəsi qarşısında əldəqayırma partlayıcı qurğu işə salınıb.

Roma şəhərinin hüquq mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Yerli vaxtla saat 02:30-da Müqəddəs İvo Breton kilsəsinin qarşısındakı küçədə baş verən partlayış nəticəsində üç avtomobil ziyan görüb və qonşu evlərin şüşələri sınıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Partlayış Fransa Prezidenti Fransua Ollandın Vatikana səfəri ərəfəsində baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə