Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə Lənkəran şəhərində döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olub. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir.
Dərhal Regional Mərkəzin xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin xilasediciləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanana sursata baxış keçiriblər. Müəyyən olunub ki, bunlar 4 ədəd TM-62 markalı tank əleyhinə mina, 1 ədəd RÇ markalı mina, 2 ədəd 122 mm-lik top mərmisinin başlığı və patron darağında 80 ədəd 7.62 mm-lik döyüş patronlarıdır. Aşkar edilən hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Əraziyə əlavə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib.
Əməliyyat saat 14:17-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB