Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda xüsusi əməliyyat keçirib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində Ağdaş rayon sakini Sadiq Yusibovdan 8 ədəd 20 manatlıq, 4 ədəd 10 manatlıq, Hacıqabul rayon sakini Raqil Şirəliyevdən 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq saxta əsginaslar götürülüb.
Həmçinin R.Ş irəliyevin idarə etdiyi "Kia-Rio" markalı avtomobilə baxış zamanı oradan 4 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq saxta əsginaslar aşkar edilib.
Şirvan şəhərinin ərazisində R. Şirəliyevin icarəyə götürdüyü "Foto Uğur" studiyasına baxış zamanı isə saxta əsginasların çap edildiyi skaner-printer, video-çəkiliş qeydlərinin aparıldığı "DVR" sistem bloku aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB