Bakıda aptekdən psixotrop maddələr qrupuna aid olan dərmanlar tapılıb

Bakıda aptekdən psixotrop maddələr qrupuna aid olan dərmanlar tapılıb

Bakı şəhər sakininə məxsus aptekdən psixotrop maddələr qrupuna aid olan dərmanlar götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Xuraman Mustafayeva özünə məxsus "Vidal" aptekində psixotrop maddələr qrupuna aid olan "Rivatril" dərman preparatını satarkət tutulub.

Aptekə baxış zamanı 270 həb "Rivotril və 60 ədəd "Fenibut" dərman preparatları aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə