Siyəzənda hamilə qadın dəm qazından boğuldu EKSKLÜZİV

Siyəzənda hamilə qadın dəm qazından boğuldu EKSKLÜZİV

Siyəzəndə 34 yaşlı hamilə qadın dəm qazından zəhərlənib. SİA-nın bölgə müxbirinə istinadən verdiyi məlumata görə, hadisə Siyəzən şəhəri 12-ci məhəllə adlı yaşayış massivində qeydə alınıb.

34 yaşlı Babayeva Venera Valeri qızı hamamda çimərkən dəm qazından boğulub. Ailə üzvləri bu barədə təcili yardım stansiyasına məlumat verib. Lakin hadisə yerinə Təcili Tibbi Yardım avtomobili gəlsə də onun həyatını xilas etmək olmayıb.

Mərhumun cəsədi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anotomiya birliyinin Sabran rayon şöbəsinə gətirilib. Müayinədən sonra meyit ailəsinə təhvil verilib. Zəhərlənməyə ilkin səbəb kimi su qızdırıcısından hamam otağına dəm qazının sızması ehtimal olunur. Mərhum hamilə olduğu da bildirilib.

Hazırda faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə