İki mağazadan oğurluq etmiş Masazır qəsəbə sakinləri tutulublar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Famil İsmayılov və Maya Paşayevaya məxsus mağazalardan pul, tütün məmulatı və danışıq kartı oğurlamış Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov və İbiş Heydərov tutulublar.
Əməliyyat tədbirləri nəticəsində M. Rəhimovun yanvarın 19-da Cavid Dəmirova məxsus "VAZ-2106" markalı avtomobildən mobil telefon oğurladığı da müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB