İki nəfəri bıçaqlayan şəxs könüllü təslim olub

İki nəfəri bıçaqlayan şəxs könüllü təslim olub

Beyləqan rayon sakini iki nəfəri bıçaqlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 19-da Beyləqan rayonu ərazisində rayon sakini Yasin Hüseynov münaqişə zəminində həmyerliləri Murad Qasımova və Pərviz Quliyevə bıçaqla xəsarət yetirib.
M. Qasımovun vəziyyəti orta-ağırdır, P. Quliyev isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Y. Hüseynov könüllü olaraq Beyləqan Rayon Polis Şöbəsinə gələrək təslim olub.

Bütün xəbərlər Facebook səhifəmizdə