Gəncədə 33 yaşlı şəhər sakini naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə şəhərin Tağı Aranı küçəsində, Metallurq stadionunun ərazisində baş verib. Gəncə şəhər sakini 33 yaşlı Ramin Əliquliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Həkimlərin sözlərinə görə, xəsarət alan şəxs özü Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gəlib və dərhal cərrahiyyə şöbəsində əməliyyat olunub. Xəstəxanadan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, yaralıya qan köçürülüb, vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, hazırda Gəncə şəhər Baş Polis İdarəsində Ramin Əliquliyevin kim tərəfindən bıçaqlandığı aydınlaşdırılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB