Yaşlı qadın evində köməksiz vəziyyətdə tapılıb

Yaşlı qadın evində köməksiz vəziyyətdə tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1924-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

SİA-nın məlumtına görə, xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər altımərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.

Mənzilə baxış keçirilərkən döşəmədə halsız vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə