Hacıqabulda zəncirvari qəza xəsarət alanlar var

Hacıqabulda zəncirvari qəza xəsarət alanlar var

Hacıqabul rayon ərazisində zəncirvari qəza baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən axşam saat 22:00 radələrində Bakı Qazax yolunun 134-ci km-də Hacıqabul rayonun Muğan qəsəbəsi ərazisində 3 avtomobilin toqquşması nəticəsində ağır qəza baş verib.

Hacıqabul rayonun Muğan qəsəbə sakini 1989-cu il təvəllüdlü Xəlilov Elnur Nəhalət oğlu idarə etdiyi Mercedes markalı 10 PT 451 nömrəli avtomobillə Bakı istiqamətində hərəkətdə olan zaman ötmə əməliyyatını düzgün edə bilmədiyi üçün Kürdəmir rayon sakini 1956-cı il təvəllüdlü Vahidov Vidadi Yunus oğlunun idarə etdiyi Mercedes markalı10 XK 885 nömrəli avtomobili arxadan vurub. Sonra digər sürücü 1989-cu il təvəllüdlü Gəncə sakini Məmmədov Mərdan Müxtəsər oğlunun idarə etdiyi Hunday markalı 90 NT 308 nömrəli avtomobili vuraraq yoldan çıxarıb və nəticədə avtomobillər aşaraq yarasız hala düşüblər.

Hadisə zamanı Elnur Xəlilov və Mərdan Məmmədov xəsarət alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı BDYP idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə