61 yaşlı qadının boğazını kəsən şəxs tutulub

61 yaşlı qadının boğazını kəsən şəxs tutulub

Yanvarın 15-də Bakı şəhərində 61 yaşlı qadını qətlə yetirən şəxs yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Əsəd Əhmədov küçəsində yaşayan, əvvəllər məhkum olunana 1953-cü il təvəllüdlü Xoşavaz Mənəfovanın boğaz nahiyəsindən kəsilərək qətlə yetirilən meyiti yaşadığı evdə aşkar edilib. Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 29-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bakı şəhər sakini 1987-ci il Orxan Məmmədov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə