Qaradağ rayonunda avtomobil piyadanı vurub

Piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb
Qaradağ rayonunda avtomobil piyadanı vurub

Qaradağ rayonu Lökbatan-Qızıldaş yolunun 8-ci km-də Göygöl rayon sakini 1985-ci il təvəllüdlü Adil Həsənov idarə etdiyi "Hovo" markalı avtomobillə Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Novruz Əmiraslanovu vurub. Qaradağ Rayonu Polis İdarəsindən SİA-ya verilən məlumata görə, piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə