Mobil telefon aparatları aşkar edilərək götürülüb MƏHKUMDAN

Mobil telefon aparatları aşkar edilərək götürülüb MƏHKUMDAN

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə məhkum olunan, hazırda Bakı Apelyasiya Məhkəməsinin hesabında olan Rasim Məhərrəm oğlu Cabbarovun üzərinə və saxlandığı palataya baxış keçirilərkən, palatasındakı dolabçanın üstündə içərisində "Nar" və "Cin" danışıq kartları olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 (bir) ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, digər əməliyyat-axtarış tədbirləri nəticəsində həmin təcridxanada saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1; 234.1 və 178.3.2 maddələri ilə təqsirli bilinərək həbs edilən Anar İmanverdi oğlu Muradovun üzərinə baxış keçirilərkən, əynindəki gödəkçənin cibindən içərisində "Nar" danışıq kartı olan 1 (bir) ədəd "Samsung" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə