Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, yanvarın 16-da saat 14:00 radələrində Nizami rayonu Mehdi Abbasov küçəsində Bakı şəhər sakini Cəlal Məhərrəmov idarə etdiyi "Honda" markalı avtomobillə 1969-cu il təvəllüdlü Nəsibə Cabbarovanı vurub. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB