Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb
Azərbaycan Texniki Universitetində təmir işləri aparılan zaman binanın üçüncü mərtəbəsinin eyvanı uçub. Bu barədə SİA-ya universitetin təmirində çalışan fəhlələr məlumat verib. Onlar hadisənin universitetin ikinci korpusunda qeydə alındığını deyiblər.
Yasamal Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə nəticəsində orada təmir işləri aparan "AZİNFORT MMC" şirkətinin fəhlələri - 1973-cü il təvəllüdlü Masallı rayon sakini Daşqın Çərkəz oğlu Vəliyev hadisə yerində dünyasını dəyişib, 1975-ci il təvəllüdlü Oqtay Sərbaz oğlu Məmmədov isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB