5 yanvar 2014-cü il tarixdə Şirvan şəhərinin G.Şıxbala oğlu küçəsində şəhər sakini 1992-ci il təvəllüdlü Səfərov Hacıbala Elşən oğlu bıçaqla vurulub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Hacıbala Səfərov həkimlərin səyi nəticəsində həyata qaytarılıb.
Lakin hadisəni törədən şəxs məsuliyyətdən qaçaraq yayınıb. Şirvan polisinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Hacıbala Səfərovu vuran şəxs - 1991-ci il təvəllüdlü Muradov Çingiz Əşrəf oğlu məşuqəsinin evində yorğan döşəyin altında gizləndiyi yerdə polislər tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB