1000-dən artıq at və eşşək cəsədləri aşkarlanıb

1000-dən artıq at və eşşək cəsədləri aşkarlanıb

Xaçmaz rayonunda meşə massivində çoxlu sayda heyvan cəsədi tapılıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, təxminən 1000-dək at və eşşək cəsədləri yoldan 250-300 metr aralıda rayonun Yergüc kəndi ərazisində aşkarlanıb.

Faktla meşə gözətçisi İlyas İlyasov qarşılaşıb. Yalama Meşə Mühafizəsi və Bərpası müəssisəsinin rəisi Adil Məcidovun sözlərinə görə, o, bu vəzifəyə yeni təyin olunub. Ərazini təhvil-təslim edərkən bura baxış keçirib və çoxlu sayda at və eşşək cəsədini tapıb.

Qeyd edək ki, aşkar edilən heyvan cəsədləri ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıb.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə