Astara rayonunda ailə münaqişəsi zəmnində dəhşətli qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan SİA-nın Cənub bürosuna verilən məlumata görə, rayonun Pensər kəndində 72 yaşlı qarı 75 yaşlı ərini amansızcasına öldürülüb.
Hadisə axşam saatlarında baş verib. 1942-ci il təvəllüdlü Nənəxanım Əziz qızı Qasımova əri 1938-ci il təvəllüdlü Nəriman Həsən oğlu Qasımovu amansızcasına qətlə yetirib. Qadın ərini bir neçə yerindən bıçaqlayıb. Kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyi nəticə verməyib. N.Həsənov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisəni törədən qadın tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB