Qəzada 3 nəfər ağır xəsarət alıb

Qəzada 3 nəfər ağır xəsarət alıb

Ağdamda ağır yol qəzası baş verib. Hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb. 16 yaşlı kənd sakini Tengiz Hüseynov atasına məxsus "VAZ -21 099" markalı avtomobili yüksək sürətlə hərəkət edərək qəza törədib. Nəticədə özü və minik maşınında olan sərnişinlər kənd sakini, 18 yaşlı Təbriz İbrahimov və həmyaşıdı, Ağdam rayonu Quzanlı qəsəbə sakini Şəhriyar Abdullayev ağır dərəcəli müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Tengiz Hüseynovun vəziyyəti ağır olduğundan, o, Bərdə Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb. Həkimlər bildirib ki, digər yaralıların vəziyyətləri kafidir. Sürücünün də həyatına təhlükə olmadığı bildirilir.

Qeyd edək ki, faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə