Bu gün səhər saatlarında Gəncə şəhəri Əziz Əliyev küçəsində yol qəza hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəhər sakini 19 yaşlı Tacir Qurbanov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib və avtomobili yolun kənarındakı evə çırpıb. Nəticədə avtomobil yararsız hala düşüb. İlkin ehtimala görə sürücü hadisədən əvvəl avtomobili yüksək sürətlə idarə edib və onun qarşısına yolu keçmək istəyən piyada çıxıb. Bu zaman həmin piyadanı vurmaq istəməyən sürücü avtomobillə evə çırpılıb.


İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB