4 nəfər qəzanın qurbanı oldu

Sabirabadda dəhşətli qəza baş verib. 4 nəfər yol-nəqliyyat hadisəsinin qurbanı olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gün gecə saatlarında Hacıqabul Bəhrəmtəpə avtomabil yolunun 24 km–də Sabirabad rayonun Şəhriyar kəndi ərazisindən keçən hissəsində sürücü - Sabirabad rayonun Nərimanabad kənd sakini 1994-cü il təvəllüdlü Həsənov Fərid Nadir oğlunun idarə etdiyi VAZ 21001 markalı 54 BF 691 dövlət qeydiyyat nömrə nişanlı avtomabillə, sürücü Adıgözəlov Sabir Nəhayət oğlunun idarə etdyi 90 ED 272 nömrəli Mersedes markalı yük maşını toqquşub. Nəticədə Sürücü özü olmaqla yanında olan həmkəndliləri 1995-ci il təvəllüdlü Əhmədov Elməddin Azər oğlu, 1991-ci il təvəllüdlü Cəbrayılov Orxan Etibar oğlu, 1994-cü il təvəllüdlü Hüseynov Mircəfər Zamin oğlu hadisə yerində aldıqları xəsarətlərdən həlak olublar. Digər sərnişin 1993-cü il təvəllüdlü Əhmədov Fərid Gülmirzə oğlu isə ağır vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərruatı isə belə olub. VAZ 21001-də olan gənclərdən biri hərbi xidmətini başa vurub gəlirmiş. Həmin gəncin hərbi xidmətdən gəlişi münasibəti ilə içki məclisi qurulub və gənclər kefləndikdən sonra avtomobilə minərək kəskin dumanlı havada sərxoş vəziyyətdə maqistral yola çıxıblar və idarəetməni itirmələri səbəbindən qarşıdan gələn yük avtomobilinin altına giriblər. Nəticədə 4 ailə hal hazırda gənclərin yas məclisini saxlayırlar.

Faktla bağlı BDYP idarəsinin istintaq şöbəsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə