Hacıqabulda baş verən qətlin təfərrüatı

Hacıqabulda baş verən qətlin təfərrüatı

Ötən gecə saat 23:45 radələrində Hacıqabul rayonun mərkəzində yerləşən dəmir yol vağzalının yaxınlığında qətil hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Hacıqabul sakini 1992-ci il təvəllüdlü Qubadlı Rüfət Nəriman oğlu həmyerlisi 1985-ci il təvəllüdlü Hacıyev İlham Hacıməmməd oğlunun bədəninin müxtəlif nahiyələrinə 7 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Ağ çiyəri və dalağındakı ciddi yaralar və qanaxma İlham Hacıyevin ölümünə səbəb olub. Qətlin baş verməsinə səbəb Qubadlı Rüfət Nəriman oğlunun qardaşının avtomobili ilə Şirvan şəhəri istiqamətdən Hacıqabul rayonuna gələrkən İlham Hacıyevə yolda yol verməməsi olub. Davaya səbəb olan mübahisəyə Qubadlı Rüfət müdaxilə edərək İlham Hacıyevi qətlə yetirib.

Şahidlərin dediyinə görə, bir nəfərin həyatı bahasına başa gələn əlil avtomobili çox vaxt Şirvan şəhərində avtoxuliqanlıq edirmiş. Rüfət Qubadlı polisə gələrək qətli törətdiyini etiraf edib və şübhəli şəxs qismində saxalnılb.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Az.C.M-nin 120.1 maddəsi ilə cinayət işi cinayət işi açılıb, istintaq aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə