3 saylı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş İdarəsinin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1985-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirli bilinərək həbs edilən şəxs Hafiz Azad oğlu Xudaverdiyevə Bakı şəhəri B.Nuriyev küçəsi ev 20/116, mənzil 27-də qeydiyyatda olan vətəndaş Asif Cavid oğlu Hüseynovun gətirdiyi sovqata baxış keçirən zaman xurmaların içərisində gizlədilən 1(bir) ədəd sellofana bükülmüş çəkisi 1,5 qram olan narkotik maddə "Tiryək" və 1(bir) ədəd sellofana bükülmüş ümumi çəkisi 2,5 qram olan narkotik maddə - "Marixuana" aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.

(1).jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB