Bakıda penitensiar müəssisəyə narkotik maddə ötürülməsinin qarşısı alınıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr departamentindən SİA-ya verilən məlumata görə, Penitensiar Xidmət əməkdaşları məhbusa qeyri-adi şəkildə narkotik maddə ötürülməsi faktı aşkarlayıblar. Belə ki, 12 saylı cəzaçəkmə məntəqəsinin ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisənin nəzarət zonasında kağıza bükülmüş daş parçası tapılıb. Kağızın içindən sellofan paketə bükülmüş 56.985 qram çəkisində narkotik maddə olan heroin götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB