Bakıda sərnişin avtobusu yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, bu gün Bakı şəhəri, Səbail rayonunda "Daewoo" markalı sərnişin avtobusunda yanğın baş verib.
Hadisə zamanı avtobusun arxa təkərləri yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB