Daxili Qoşunun zabitləri avtomobil qəzasına düşüblər

Daxili Qoşunun zabitləri avtomobil qəzasına düşüblər

Daxili Qoşunun zabitləri avtomobil qəzasına uğradılar. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gecə saat 21:30 radələrində Hacıqabul Bəhrəmtəpə avtomabil yolunun 18–də Sabirabad rayonun Şəhriyar kəndi ərazisindən keçən hissəsində sürücü 1993-cü il təvəllüdlü Məmmədov Abbas Əlmirzə oğlu "Devo Nexsia" markalı 10 VZ 725 dövlət qeydiyyat nömrəli avtomobillə Hacıqabul istiqamətdə hərəkətdə olarkən sərt döngəni dönə bilməmiş və yoldan çıxaraq 50 metr məsafədən uçaraq qaz borusuna çırpılıb. Nəticədə sürücü və yanında olan sərnişinlər - Sumqayıt sakini 1990-cı il Nuriyev Azər Akif oğlu və 1981-ci il təvəllüdlü Mirzəyev Elxan ağır xəsarət alara Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Avtomobildə olan hər 3 nəfər Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən "N" saylı hərbi hissəsinin zabitləridir.

Xatırladaq ki, həmin yerdə 3-cü ağır avtomobil hadisəsidir ki, baş verir. Düz yolda sərt döngənin olması sürücüləri idarəetməni itirməyə məcibur edir və insan həyatı itirilir.

Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə