Fransada qar uçqunları nəticəsində beş xizəkçi həlak olub

Fransada qar uçqunları nəticəsində beş xizəkçi həlak olub

Bu həftə Fransada "qara həftə" kimi yadda qalıb. Buna səbəb bir həftə ərzində beş xizəkçinin qar uçqunları altında qalaraq həlak olması və 12 nəfərin yaralanmasıdır.

Qar uçqunlarının ilk qurbanı Alp dağlarının Fransa hissəsində 16 yaşlı gənc xizəkçi olub. Bu hadisədən bir gün sonra isə ər və arvad qar uçqunu altında qalaraq donublar. Daha iki nəfər isə dekabrın 27-də eyni səbəbdən həyatını itirib.

Həftə ərzində qar uçqunları altında qalan xizək həvəskarlarından 12 nəfərini xilas etmək mümkün olub. Müxtəlif bədən xəsarəti alan yaralılar xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə