FHN Qobustanda ağır yol qəzası ilə bağlı məlumat yayıb: 7 ölü, 1 yaralı
Fövqəladə Hallar Nazirliyi (FHN) Qobustanda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
SİA xəbər verir ki, FHN-in rəsmi saytının məlumatına görə, Qobustan rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili ilə digər vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə sürücü İ.T.Hacıəliyev və ona məxsus avtomobildə olan 4 nəfər sərnişin - 1985-ci il təv. Xəlilov Səməndər Kamran oğlu, 1937-ci il təv. Nuriyeva Tutu Kərim qızı, 1991-ci il təv. Mədətov Valeh Emin oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat edib, 1 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Digər avtomobilin sürücüsü N.Ə.Qasımov və ona məxsus avtomobildə olan 2 nəfər sərnişin - Əliyev Güloğlan Balaxan oğlu və Bəndəliyev Rəhman Əmrah oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər.
Hər iki avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər və yaralı yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB