Avtomobil 15 metr hündürlükdən çaya düşüb

Avtomobil 15 metr hündürlükdən çaya düşüb

Xaçmazda yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 17-ci km-də baş verib. "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək, körpüdən 15 metr dərinliyində olan çaya düşüb. Hadisə Gəndob-Yalama yolunun 17-ci km-də Çağacuq çayı üzərindəki körpüdə baş verib. Nəticədə avtomobildə olan sürücü Xaçmaz rayon sakini 27 yaşlı Cümşüd Qeybullayev xəsarət alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı üzərində cərrahiyyə əməliyyatı həyata keçirilib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə