FHN Bakıda mәcburi köçkünlәrin məskunlaşdığı ərazidə baş verən yanğınla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda mәcburi köçkünlәrin məskunlaşdığı ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb. SİA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Binəqədi rayonunda Mədəni Marif kollecinin yataqxanasının həyətində baş verib. Nəticədə yataqxananın həyətində özbaşına taxta konstruksiyalardan tikilmiş ümumi sahəsi 450 kv.m olan tikililərin 6 ailəyə məxsus olan 150 kv.m sahə yanıb.
Tikililərin qalan hissəsi və yataqxana binası yanğından mühafizə olunub.
Yanğın saat 04:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB