Nizami rayonunda köməksiz vəziyyətdə qalmış 1 nəfər huşsuz vəziyyətdə aşkarlanıb

Nizami rayonunda köməksiz vəziyyətdə qalmış 1 nəfər huşsuz vəziyyətdə aşkarlanıb

Nizami rayonunda köməksiz vəziyyətdə qalmış 1 nəfər huşsuz vəziyyətdə aşkarlanıb. SİA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda, mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olub və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən vətəndaş otaqda yıxılıb və huşsuz vəziyyətdə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə