Binə Ticarət Mərkəzində yanğın tam söndürülüb (YENİLƏNİB 1) FOTO

Binə Ticarət Mərkəzində yanğın tam söndürülüb (YENİLƏNİB 1) FOTO

(İlk xəbər 21:37-də yayılıb)

Son məlumatlara görə, Bakı şəhərinin demək olar ki, bütün briqadalarından yanğın söndürənlər hadisəyə cəlb edilib və yanğın tam söndürülüb.

Qeyd edək ki, Qaradağ rayonunda yerləşən Binə Ticarət Mərkəzi yanır. Hadisə yerində olan SİA-nın əməkdaşının verdiyi məlumata görə, yanğın ticarət mərkəzinin 5 və 6-cı sıralarında baş verib.

Hazırda hadisə yerinə yanğın söndürənlər gəlib və yanğının qarşısının alınması üçün tədbirlər görülür. Eyni zamanda, ticarət mərkəzində obyektləri olan şəxslər malları çıxarmağa çalışırlar.

Yanğının səbəbləri hələ ki məlum deyil.

Artıq 4-cü dərəcəli yanğın elan edilib və fövqəladə hallar nazirinin müavini, general-leytenan Etibar Mirzəyev hadisə yerinə gəlib. Araşdırmalar aparılır.

ELVİN

Bütün xəbərlər Facebook səhifəmizdə