45 yaşlı qadın dəm qazından boğulub. Bölgə müxbirimizin SİA-ya verdiyi məlumata görə, hadisə bu gecə rayonun Daşüz kəndində qeydə alınıb. Belə ki, Daşüz kənd sakini, 45 yaşlı Gülər Yunusova yaşadığı evin vanna otağında ailə üzvüləri tərəfindən huşsuz vəziyyətdə aşkarlanıb. Müayinə zamanı məlum olub ki, Gülər Yunusova dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Şəki Rayon Prokurorluğu tərəfindən araşdırma başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB