Lənkəranda yol qəzasında 1 nəfər ölüb, 1-i isə ciddi xəsarət alıb

Lənkəranda yol qəzasında 1 nəfər ölüb, 1-i isə ciddi xəsarət alıb

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, dekabrın 18-də saat 13:00 radələrində Lənkəran rayonunun Xanbulan kəndi ərazisində, rayonun Daşdatük kənd sakini, 1991-ci il təvəllüdlü Feyziyev Cavid Mirağa oğlu idarə etdiyi "VAZ 21099" markalı, 42-BO-222 dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində keçinib, avtomaşındakı digər sərnişin, Daşdatük kəndi sakini, 1993-cü il təvəllüdlü Camalov Kazım Balazər oğlu isə sol bazunun qapalı travması ilə Lənkəran RMX-na daxil olub.

Faktla bağlı araşdırılma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə