Lənkəranda ağır yol qəası baş verib. SİA-nın Cənub bürsunun məlumatına görə, dekabrın 18-də saat 09:00 radələrində Ələt-Astara magistral yolunun 197-ci kilometrliyində Lənkəran şəhəri M.M.Axund küçəsi 152-də yaşayan,1973-cü il təvəllüdlü Axundov Vüsal Əli oğlunun idarə etdiyi "VAZ 2106" markalı, 42-BD-572 dövlət nömrə nişanlı avtomaşın Bakı istiqamətində hərəkət edərkən idarəetməni itirmiş və yoldan çıxaraq hasara çırpılıb.
Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya aparılarkən yolda keçinib, avtomaşındakı digər sərnişin, Masallı rayonunun Sərçuvar kəndi sakini,1967-ci il təvəllüdlü Abdullayev Təyyar Eldar oğlu isə xəsarət alaraq Lənkəran RMX-na yerləşdirilib.
Faktla bağlı araşdırılma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB