Şirvanda bıçaqlanma hadisəsi baş verib

Şirvanda bıçaqlanma hadisəsi baş verib

Şirvan şəhəri Ərəblinski küçəsində ötən gecə bir qurup gənc tonqal qalayaraq ətrafına yığışıb və içki məclisi təşkil ediblər. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, keflənən gənclərdən ikisi - 1991-ci il təvəllüdlü Azayev Valid Sərəstun oğlu ilə 1986-cı il təvəllüdlü Əliyev Rasim Nazim oğlunun arasında mübahisə yaranıb. Mübahisə qızışaraq davaya səbəb olub.

Bu zaman Rasim Əliyev Valid Azyevə bıçaqla xəsarət yetirib. Yaralı Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxananın cərrahiyyə şöbəsinin həkimi cərrah Namizəd Xankişiyevin verdiyi məlumata görə, ötən gecə saat 22:40 radələrində xəstə Azayev Valid şöbəyə daxil olub və dərhal əməliyat edilib. Əməliyyat zamanı xəstənin döş qəfəsinin sol nahiyyəsinin ürəyin boşluğuna işləyən kəsilmiş-deşilmiş yarası, ürəyin tompanadası, sol ağ ciyərin deşib keçən yarası aşkar olunub. Xəstə əməliyyat olunub və hal hazırda reanimasiya şöbəsinə yerləşdirilib vəziyyəti kafi qiymətləndirilir. Hadisəni törədən şəxs Şirvan Şəhər Polis Şöbəsi tərəfindən saxlanılıb faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə