Uzun müddət Aran bölgəsinin əhalisinə "gün verməyən" mütəşəkkil oğru dəstəsi nəhayət ələ keçdi. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, son aylarda Şirvan şəhərində, Hacıqabul, Sabirabad rayonlarında yerləşən mağazalara gecələr daxil olaraq oğurluq edən dəstə nəhayət müəyyən olunaraq həbs olundu. Şirvan, Hacıqabul, Sabirabad polisinin keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakinləri - 1982-ci il təvəllüdlü Tağıyev Mahir Mirzə oğlu və 1988-ci il təvəllüdlü Vəliyev Nahid Fərhad oğlu saxlanılıb.
Oğurluqda şübhəli bilinən hər iki şəxsin yaşadığı mənzilə baxış keçirilən zaman vətəndaşlara məxsus mağazalardan qarət etdikləri müxtəlif növ ərzaq malları, geyim əşyaları maddi subut kimi aşkar edilərək götürülüb. Saxlanılan mütəşəkkil dəstə Şirvan şəhərində 1, Hacıqabul rayonunda 4, Sabirabad rayonunda 4 mağazanı qarət etdiklərini etiraf ediblər. Salyan rayonunda da mağazalardan oğurluq etmələri araşdırılır. Dəstənin hələlik 2 üzvü yaxalanıb 1 nəfər isə axtarılır. Onun eyni zamanda dəstənin başqa üzüvlərinin olması araşdırılır.
Xatırladaq ki, bir neçə gün öncə telekanallarda, internet saytlarında Şirvan şəhəri Xəqani 88 ünvanında yerləşən, Abıyev Şamil Famil oğluna məxsus "Ata" market mağazasından oğurluq edən şəxsin təhlükəsizlik kamerasında görüntüləri yayılıb. Həmin görüntüdəki şəxs saxlanılan Tağıyev Mahir Mirzə oğludur.
Faktla bağlı Sabirabad rayon polis şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB