Dekabrın 3-ü saat 15 radələrində Mətbuat prospektində Fərid Dünyamalıyevi bıçaqla hədələyərək pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakini Fikrət İsgəndərov Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Bakı şəhər BPİ-dən SİA-ya verilən məlumata görə, o, noyabrın 28-də həmin prospektdə Bakı şəhər sakinləri - Akşin Əzizov və Samir Əzizova sözlə hədə-qorxu gələrək pul tələb edib, lakin sonuncular pullarının olmadığını bildirərək qaçıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB